Ətraflı
Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma — Çaqqaldar və Ottal uçurumlarına rast gələrik. Şəki şəhərinin qəribə quruluşu vardır. Şərqdən Qərbə axan Qurcanaçay çayı şəhəri iki hissəyə, daha yüksəkdə yerləşən Cənub, digəri isə vadidə yerləşən Şimal hissələrinə bölür.
Şəkidə gəzməli yerlər
1. Şəki Xan Sarayı
Şəki xanlarının sarayı – Şəki (Shaki – Sheki – Şeki) şəhərindəki tarixi sənət əsəri, dünya abidələri siyahısına daxil edilmişdir. Qala divarları ilə əhatə olunan bu tikili ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir. Daha əvvəllər “Divanxana” adlanmışdır. Şəki xanlığının 1805-ci ildə Rusiyanın tərkibinə daxil olmasından sonra isə ona həm də rusca “Qorodskoy sud” deyilirdi. Hal-hazırda muzey kimi fəaliyyət göstərir.
İndi bizim “Şəki xan sarayı” adı ilə tanıdığımız bu bina, “Məhəmmədhəsən xan divanxanası”, Məhəmmədhəsən xan tərəfindən tikdirilmişdir. Binanın tikintisinə 1789/1790-cı ildə başlanılıb. Çox vaxt onun tikilmə tarixini səhvən “Şəkixanovların evi”nin (“Müştaq imarəti” -“Qurğuşunlu Otaq”ın) tikilmə tarixi ilə qarışdırılır. Binanın, inşasına o vaxt 32 min çervon, yaxud, 32 min İran tüməni məbləğində pul xərclənmişdir. Memar şirazlı Zeynalabdindir. O ki qaldı qalanın inşasına, o biyar yolu ilə, tikilmişdir. Qaladakı indiki kilsə 1828-ci ilə qədər xanın ev məscidi idi və göstərilən ildə ruslar tərəfindən indiki formaya, yəni xaç formasına salınmış və kilsə edilmişdir. Ruslar xanın hərəmxanasının yerində isə türmə binası tikiblər. Qalanın dörd küncündəki 4 böyük bürc də ruslar tərəfindən topdan atəş açmaq üçün inşa edilmişdir.
2. Dairəvi Məbəd və ya Nuxa Üçmüqəddəs Kilsəsi
Bu məbədlə bağlı fikirlər birmənalı olmasa da, 20-ci əsrdə buraya tədqiqata gəlmiş mütəxəssislər tərəfindən məbədin 19-cu əsrdə ruslar tərəfindən tikilməsi qənaətinə gəlinmişdir. Burada diqqətimi çəkən digər bir xüsusiyyət isə məbədin bağçasında rastlaşdığım qəbirlər oldu. Sən demə bu qəbirlər Nuxada vəfat etmiş bir neçə yüksək çinli rus məmuruna məxsusdur. Hal-hazırda məbədinin içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi fəaliyyət göstərməkdədir. Şəki Xan sarayından qayıdandan sonra bura mütləq baş çəkməlisiniz.
3. Yuxarı Karvansaray
Şəkinin ən gözəl küçəsi olan Mirzə Fətəli Axundov küçəsində yerləşən Yuxarı Karvansaray, 18-19-cu əsrlərdə tikilmiş 5 böyük karvansaraydan bugünə qədər gəlib çatmış 2 karvansaraydan biridir. 3 mərtəbəli bu karvansarayın sahəsi 6000 m2, otaqlarının sayı isə 300-dən çoxdur. Karvansarayın 1-ci mərtəbəsi tacirlərin mallarını yığması, 2-ci mərtəbəsi ticarət etməsi, 3-cü mərtəbəsi isə yaşamaları üçün nəzərdə tutulmuşdu. Karvansarayda ən diqqətimi çəkən məqam isə buranın Mərakeşdəki ənənəvi “riad”lara (daxili hovuzu və həyəti olan evlər) bənzəməsi idi.
4. Kiş Alban Məbədi
Bəzi mənbələrdə Kiş kəndində yerləşən məbəd nəinki Qafqaz Albaniyasının, ümumiyyətlə bütün cənubi Qafqazın ilk kilsəsi olaraq qeyd edilir. Kilsəyə gedən yol kəndin dolanbaclı küçələrindən keçir və kəndin ən hündür nöqtələrindən birində yerləşir. Kilsə bugünə qədər yaxşı qorunub saxlanıb və 2000-2001-ci illərdə restavrasiya olunub. Kilsədə ən çox diqqət çəkən nüans kilsənin altının tamamən xristian qəbirləri ilə dolu olmasıdır. Bu qəbirlərdən bəzilərini kilsə ətrafında qazılmış quyular vasitəsilə görmək də olur. Hal-hazırda bura muzey kimi fəaliyyət göstərir və giriş 2 AZN-dir.
5. Şəki Tarix-Diyarşünaslıq Muzeyi
Şəki Tarix-Diyarşünasliq Muzeyi 1925-ci ilin sentyabr ayında yaradılmışdır. Muzeydə Şəki şəhərinin tarixini, mədəniyyətini, qədim sənət növlərini, etnoqrafiyasını, mətbəxini əks etdirən 5000-dən çox eksponat nümayiş etdirilir. Bunlardan 3000-ə yaxını ekspozisiya zallarında nümayiş etdirilir.
6. BİO Garden
Şəkinin Ovqat kəndində “Bio Garden” adlı bağ var. Bağda spirtli içkilərdən istifadəyə qadağa qoyulub. Yerli turistlərin bu bağa daxil olması 5 azn, xarici turistlər üçün isə 8 AZN-dir. Turistlər bağı gəzib istədikləri qədər ağacdan meyvələr dərə bilərlər. Dərə bilməyənlər isə müəyyən qədər ödəniş edib apara bilər.
EL ART TRAVEL, Sizə daha münasib qiymətlər və əlverişli şərtlərlə uçuşlar və turlar təklif edir. Forumu doldurun və ya bizə birbaşa zəng edərək ətraflı məlumat əldə edə bilərsiniz.
Telefon:
+994 50 555 21 20
+994 50 555 00 49
+994 50 555 94 99